Icma.az, Modern.az portalına istinadən məlumat yayır. Dünyanın yeni düzənində iqtisadi dövlətçiliyin önə çıxdığını müşahidə edirik.
Siyasi proseslər çoxqütblülüyə yol açsa da, rəqəmsallaşma bizi birqütblülüyə doğru aparır.
Dünyanın texnoloji mərkəzlər tərəfindən idarə olunması, sanki klonlaşdırma prosesini reallaşdırır.
Rəqəmsal idarəetmədə sosial təsir, mənəvi aşındırma, yeni insan modelinin yaradılması prosesləri güclü çay axınına bənzəyir.
Bu prosesdə ya sən idarə etməlisən, ya səni idarə edəcəklər.
Bu baxımdan yeni nəslin tərbiyəsində xarakterin formalaşması üçün yeniyanaşmalar bizi ciddi düşündürməlidir.
Ekran asılılığını aradan qaldırmaq və özünənəzarətə keçmək lazımdırmı?
Əslində insanlıq tarixində hər nəsil əvvəlkilərdən fərqli çətinliklər və imkanlarla üzləşib.