Virtual aləmin görünməyən qanunları: Rəqəmsal hüquqi plüralizmin sirli dünyası | Icma.az
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir. Dünyamız getdikcə daha da rəqəmsallaşır.
Sosial şəbəkələr, onlayn ticarət platformaları, süni intellekt sistemləri və blokçeyn texnologiyaları həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Bir zamanlar hüquq yalnız məhkəmə zallarında, parlament iclaslarında və dövlət idarələrində formalaşırdı. Amma indi vəziyyət dəyişib.
Smartfonlarımız, sosial şəbəkələrimiz və onlayn platformalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Biz bu rəqəmsal aləmdə yazır, oxuyur, alış-veriş edir, hətta pul qazanırıq.Bəs, heç düşündünüzmü, bu virtual dünyanın qaydalarını kim müəyyənləşdirir?Cavab düşündüyünüzdən daha mürəkkəbdir.
Çünki internetdə tək bir qanun yoxdur. Burada bir-biri ilə çarpışan və bəzən bir-birini tamamlayan çoxsaylı hüquq sistemləri mövcuddur.
Bu hadisəyə hüquq elmində rəqəmsal hüquqi plüralizm deyilir.Rəqəmsal hüquqi plüralizm nədir?Sadə dillə desək, rəqəmsal hüquqi plüralizm o deməkdir ki, internetdə müxtəlif “qanun”lar eyni anda işləyir.Ənənəvi dünyada biz yalnız dövlətin qanunları ilə üz-üzə qalırıqsa, rəqəmsal aləmdə vəziyyət tam fərqlidir və bir sıra qanun və qaydalarla tənzimləmələr həyata keçirilir.
Bunlara aşağıdakıları nümunə göstərmək olar:Dövlətin qanunları (məsələn, Azərbaycan qanunvericiliyi, ya da Avropa İttifaqının "GDPR" qaydaları);Sosial şəbəkələrin daxili qaydaları ("Facebook Community Standards", "TikTok Rules" və s.);Texnologiyanın özündə yazılmış kod qaydaları (məsələn, blokçeyn smart-kontraktları);Beynəlxalq təşkilatların "yumşaq hüquq" ("soft-law") qaydaları və standartları.Sadə misalla fikrimizə aydınlıq gətirək.
Tam oxu
Xəbəri oxu