Virtual bazarda ölüm alətləri: Gənclər arasında yayılan gizli alverin izləri VİDEO

19.10.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Son zamanlar sosial şəbəkələrdə soyuq silahların satışı və alışı halları artıb.

"Ölkə.az" Xəzər TV-yə istinadən xəbər verir ki, internet üzərindən "spiner", "kəpənək", "gerber", "akula" adlanan müxtəlif bıçaqlar, həmçinin "beşbarmaq" kimi soyuq silahlar açıq şəkildə satışa çıxarılıb.

Satıcılar bu məhsulları heç bir sənəd tələb etmədən təklif edir, hətta çatdırılma xidmətinin də mövcud olduğunu bildirirlər. Qiymətlər isə silahın ölçüsünə və bəzəyinə görə dəyişir.

Qanunvericiliyə əsasən, qanunsuz olaraq soyuq silah satmaq və ya gəzdirmək Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə cinayət məsuliyyətinə yol açır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью