Virtual taktikadan real çempionluğa ƏTRAFLI

24.02.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü ilin yanvar ayında "Football Manager" oyunu özünün 20 illik yubileyini qeyd etmək üçün Xbox ilə birlikdə bənzərsiz bir layihəyə imza atıb.

Fanat.Az xəbər verir ki, layihə çərçivəsində bir azarkeşə real futbol klubunun texniki heyətində yer almaq şansı təklif edilib və bu şanslı şəxs 23 yaşlı Natan Ovolabi olub.

"Bromley" klubunun baş məşqçisi ilə müsahibədən uğurla keçən Natan, taktiki biliyi və analiz qabiliyyəti ilə məşqçilər heyətini heyran qoymağı bacarıb. Klub hələ Milli Liqada mübarizə apararkən, gənc azarkeş mövsümün ən kritik oyunlarında komandanın taktiki hazırlıqlarında birbaşa iştirak edib.

Mövsümün sonunda "Bromley" klubu özünün 132 illik tarixində ilk dəfə olaraq İkinci Liqaya (League Two) vəsiqə qazanaraq böyük bir tarix yazıb.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью