Virtz ən yaxşı seçildi

17.01.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtz dekabr ayında Almaniya Bundesliqasının ən yaxşı oyunçusu seçilib.

Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu dekabrda Almaniya çempionatının üç oyununda iştirak edib.

Virts bu oyunlarda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyalı futbolçu səsvermədə Coşua Kimmix ("Bavariya"), Camal Musiala ("Bavariya"), Miçel Vayzer ("Verder"), Nik Voltemade ("Ştutqart") və Pol Nebeli ("Maynts") geridə qoyub.

Qeyd edək ki, Florian Virts Bundesliqada bu mövsüm 17 oyun keçirib. O, bu oyunlarda 7 qol vurub, 7 məhsuldar ötürmə edib.
 

Diallodan het-trik, "Mançester Yunayted"dən fantastik geridönüş Kvaratsxeliyadan “Napoli”yə hüznlü vida - VİDEO Marmuş üçün sərvət: Mançesterə gəlir “Topçular”dan Şeşko həmləsi “Qalatasaray”ın müdafiəçisi Moldova klubunda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью