Viruslara qarşı çay resepti

16.11.2024

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyim çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır.

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib:

Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu dəmləməni için.

Çayın resepti:

- Zeytun yarpağı 1 xörək qaşığı

- Cökə 1 xörək qaşığı

- İtburnu meyvəsi 5-6 ədəd

- Sarıkök 1 çay qaşığı

- Nanə yarpağı 1 xörək qaşığı

- Keçibuynuzu meyvəsi 2 ədəd

- 500 ml qaynar suda 15 dəqiqə dəmləyib gün ərzində içilir.

Ayda 21 gün etmək olar. İçilmədən öncə 1 çay qaşıq çiçək tozu və bal əlavə edin. (milli.az)

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью