Viruslardan necə qorunaq? Korona, influenza, metapnevmavirus ....

22.02.2025

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.



Hazırda yuxarı tənəffüs yollarının virus infeksiyaları tüğyan edir. Buna soyuqdəymə xəstəlikləri və ya kəskin respirator virus infeksiyaları (KRVİ)da deyilir . Korona, influenza, metapnevmavirus da daxil olmaqla, çox sayda virusların törətdiyi xəstəlikdir.

"Medicina" xəbər verir ki, KRVİ özünü yüksək temperatur, asqırma, öskürmə, burundan axıntı, halsızlıq və s. ilə biruzə verir.

Evdə və ya kollektivdə 1 nəfərin xəstələnməsi, tezliklə digərlərinin də yoluxmasına səbəb olur.

Əsasən xəstə insanla 15 dəqiqədən artıq ünsiyyətdə və ya eyni məkanda olmaq yoluxmaya səbəb olur. KRVİ ilə yoluxma körpələr, yaşlılar, xroniki xəstəlikləri olanlar, allergik riniti, bronxial astması olanlar, hamilələr üçün təhlükəlidir. Onları qorumaq üçün məsafə saxlamaq, otağını ayırmaq, əlləri tez-tez yumaq, asqırarkən ağzını tutmaq(qolu bükərək), otağın havasını tez-tez dəyişmək, maska taxmaq şərtdir.

Amma ən yaxşı qorumaq yolu özünü qorumaqdır! Həm özün xəstələnməyəsən, həm ətrafındakıları qoruyasan! Bunun üçün immun sistemi dəstəkləmək lazımdır: düzgün qidalanmaq, yuxu rejiminə, şəxsi gigiyenaya riayət etmək şərtdir!

Bunlarla yanaşı, virus infeksiyasına yoluxmamaq və ya artıq xəstələnmisizsə fəsadların qarşısını almaq, tez sağalmaq üçün Biotənzimləyici preparatlardan istifadə edə bilərsiz! Biotənzimləyici preparatlar təbii tərkiblidir, çox kiçik dozalıdır, zərərsizdir, Almaniya istehsalıdır. Hər yaşda insanlar, hamilə və südverən qadınlar da istifadə edə bilər.

Profilaktika üçün:

Engystol tab


Pascorbin 7.5 g-50 ml

NaCl 0.9%-100 ml


Müalicə üçün:

Pascorbin 7.5 g-50 ml

NaCl 0.9%-100 ml

Engystol

Echinacea compositum2.2 ml

Vinceel

Tartephedreel

Həkiminizlə məsləhətləşməyi unutmayın

MEDİCİNA.AZ


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью