Viruslarla mübarizə üçün həll yolları TƏBİBdən TÖVSİYƏ

07.01.2025

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

“Yoluxma riskini azaltmaq üçün qorunma tədbirlərinə əməl etmək vacibdir”.

Bu barədə Sfera.az-a TƏBİB-dən verilən məlumatda qeyd olunub. Qurum viruslarla mübarizə üçün həll yollarını açıqlayıb.

“Olduğunuz məkanın havasını mütəmadi dəyişin. Əllərinizi tez-tez sabun və su ilə yuyun. Sabun olmadığı hallarda dezinfeksiyaedici vasitələrdən istifadə edin. Gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan çəkinin”.

TƏBİB-dən bildirilib ki, insanlar qapalı və sıxlıq olan yerlərdə maska taxaraq həm özünü, həm də başqalarını qoruya bilər: “Qapalı məkanlar virus və bakteriyaların sürətlə yayılması üçün əlverişli mühit yaradır”.

Türkan 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью