Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Visa” rəqabətin güclənməsi fonunda 2 600 nəfəri ixtisar etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, [dəniş texnologiyaları sahəsinin aparıcı şirkətlərindən olan “Visa” sərtləşən rəqabət mühiti və dəyişən bazar şərtləri fonunda səmərəliliyi artırmaq məqsədilə təxminən 2 600 əməkdaşını ixtisar etməyi planlaşdırır.
Şirkət qlobal miqyasda artan rəqabət və bazardakı dəyişikliklərə uyğun olaraq təşkilati strukturunu yenidən formalaşdırır.
“Visa”nın baş icraçı direktoru Rayan Makİnerni əməkdaşlara ünvanladığı daxili müraciətdə bildirib ki, məqsəd şirkət üzrə səmərəliliyi artırmaq və resursları ən yüksək inkişaf potensialına malik istiqamətlərə yönəltməkdir.
Ötən maliyyə ilinin sonuna olan məlumata əsasən, “Visa”nın dünya üzrə təxminən 34 min 100 əməkdaşı var. Son on ildə şirkətin işçi sayı üç dəfədən çox artıb. Planlaşdırılan ixtisarlar nəticəsində isə ümumi işçi qüvvəsinin təxminən 7 faizi ilə əmək münasibətlərinə xitam veriləcək.
Qeyd edək ki, “Visa”nın ödəniş texnologiyaları sahəsində əsas rəqiblərindən olan “PayPal” və “Block” da son aylarda genişmiqyaslı ixtisar proqramları elan ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!