Visa region üzrə yeni prezident təyin edib

20.06.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Visa beynəlxalq ödəniş şirkəti Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq, Afrika (CEMEA) üzrə yeni Regional Prezident təyin edib.

"APA-Economics" xəbər verir ki, bu vəzifəyə Tariq Mahmud seçilib.

Qeyd edilib ki, Tariq Mahmud yeni vəzifəsində 86-dan artıq innovativ və sürətlə inkişaf edən bazarda "Visa"nın fəaliyyətini istiqamətləndirəcək.

Xatırladaq ki, Tariq Mahmud 30 ildən çox bank və ödəmələr sahəsində təcrübəyə malikdir. Bundan əvvəl, o, mərkəzi Londonda yerləşən "Visa"nın Avropa regionu üzrə əlavə dəyərli xidmətlərin başçısı kimi çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью