Vısotskinin ölüm maskası Monakoda hərraca çıxarılacaq

14.10.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

1980-ci ildə Vladimir Vısotskinin dul arvadının nəzarəti ilə düzəldilən bürünc ölüm maskası Monakoda hərraca çıxarılacaq.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, təqdim olunan maska Vısotskinin ölümündən az sonra hazırlanmış orijinal gips formasından düzəldilən məlum üç bürünc maskadan birincisidir.

Orijinal gips ölüm maskası Sovet heykəltəraşı Yuri Vasiliev tərəfindən hazırlanıb. O, həmçinin Vısotskinin sol əlinin surətini hazırlamışdı.

Vladimir Vısotski şair, müğənni, peşəkar aktyor, SSRİ Dövlət Mükafatı laureatı, filmlərdə səsləndirilən bir çox mahnıların müəllifi olub. O, müxtəlif mövzularda 600-dən çox şeir və mahnı yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью