Vısotskinin sonuncu arvadının meyiti yandırıldı

06.10.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Fransanın rus əsilli məşhur aktrisası Marina Vladi Paris yaxınlığındakı Arcay kəndində kremasiya edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vida mərasimində kiçik bir qrup qohum - ailə üzvləri və dar bir dost dairəsi iştirak edib. Dəfn mərasiminin vaxtı barədə əvvəlcədən heç bir məlumat yayılmayıb.
Xatırladaq ki, Marina Vladi (Yekaterina Marina Polyakova-Baydarova) 24 sentyabrda 88 yaşında vəfat edib. Vladi Kann Film Festivalının ən yaxşı aktrisa mükafatını qazanıb.

Xatırladaq ki, Marina Vladi məşhur rusiyalı musiqiçi Vladimir Vısotskinin sonuncu həyat yoldaşı olub.
Aktrisa karyerası ərzində çoxlu filmdə rol alıb. O, Orson Uells, Jan-Lyuk Qodar və Marko Ferreri kimi məşhur rejissorlarla işləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью