Vitali Borisov futzal millisinin baş məşqçi postunu tərk edəcək

13.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov postundan gedəcək.

Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, artıq onunla bağlı qərar verilib.

Yığmanın AVRO-2026-nın əsas mərhələsində uğursuz çıxışı və komandanın pley-offa yüksəlmək şansını qaçırması rəsmiləri bu addımı atmağa vadar edib.

Qeyd edək ki, Borisovun baş məşqçisi olduğu milli son görüşdə Yunanıstana 2:3 hesabı ilə yenilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью