Vitali Borisov: Qələbəyə layiq idik İdman və Biz | Icma.az
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq. “Oyuna yaxşı başladıq, qol da vurduq.
Sadəcə, birinci hissədə çox cərimə qazandıq və 5 foul limitini erkən doldurduq.
Bundan sonra öz oyunumuzu oynaya bilmədik, ehtiyatlı olmağa çalışdıq.
Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı".
İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov AVRO-2026-nın əsas mərhələsinin oyunundan sonra deyib.
O, qrup mərhələsində keçirilən ilk matçda qeydə alınan 3:3 hesablı heç-heçəni şərh edib: İkinci hissədə daha yaxşı oynadıq.
Uşaqların oyununu bəyəndim. Epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu.
Bunun üzərində çox işləmək lazımdı. Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur.
Tam oxu
Xəbəri oxu