Idman.biz saytına istinadən Icma.az xəbər verir. "İki gündür təlim-məşq toplanışındayıq. Əsasən taktiki planda məşqlər keçirik.
Uşaqlar çalışır ki, deyilənləri meydanda tətbiq etsinlər". İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vit
Gənc mütəxəssis Avropa çempionatının əsas mərhələsi çərçivəsində Xorvatiya yığması ilə keçiriləcək komandanın hazırlığını dəyərləndirib: “Ha
İlkin siyahı ilə müqayisədə Seymur Məmmədov zədəli olduğuna görə komandadan kənarda qalıb. Murad Quluzadə də həmin səbəbdən bizimlə deyil.
Seymurun əvəzinə heyətə İlham Alıyevi dəvət etmişik. Kənan Manafov da bir müddət idi zədədən əziyyət çəkirdi.
Ona görə İsveçlə görüşü buraxmışdı. İndi komandaya kömək edəcək vəziyyətdədir".
Vitali Borisov güclü rəqiblə səfər matçında uğurlu nəticə qazanmaq arzusunda olduqlarını vurğulayıb: "Xorvatiya sayılıb-seçilən rəqiblərdəndir.
Onlar daim Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edirlər. Əlbəttə, səfərə xal və ya xallar qazanmaq üçün yollanacağıq.