Vitalı Borisovla bağlı qərar verilib

13.03.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Futzal üzrə millinin baş məşqçisi Vitali Borisov postundan gedəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, artıq onunla bağlı qərar verilib.

Yığmanın AVRO-2026-nın əsas mərhələsində uğursuz çıxışı və komandanın pley-offa yüksəlmək şansını qaçırması rəsmiləri bu addımı atmağa vadar edib.

Qeyd edək ki, Borisovun baş məşqçisi olduğu milli son görüşdə Yunanıstana 2:3 hesabı ilə yenilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью