Vitali Borisovun brifinqi keçiriləcək

11.12.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Azərbaycan futsal millisinin baş məşqçi Vitali Borisovun iştirakı ilə brifinq təşkil olunacaq.

QOL.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, tədbir dekabrın 13-də, saat 11:45-də başlayacaq.

Avro-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə keçiriləcək oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan yığmanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan - İsveç oyunu dekabrın 17-də, Bakı İdman Sarayında olacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью