Vitamin mənbəyi, sidikqovucu, bəlğəmgətirici Bitki çayı

14.10.2026

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şam çayı - davamlı öskürək, tez-tez soyuqdəymə və vitamin çatışmazlığının qarşısının alınması üçün əla təbii vasitədir. Tərkibində karotin, dəmir duzları, manqan, mis, xrom var.

Sağlamolun.az şam çayının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Şam ağacı iynələri 30 q.

1 stəkan qaynar su.

şəkər və ya bal.

Hazırlanma qaydası:

Şam iynələrini yuyun. Üzərinə qaynar su töküb 20 dəqiqə qaynadın. Soyudun, süzün və şəkər və ya bal ilə gün ərzində için.

Qeyd edək ki, bu çay əla sidikqovucu, ödqovucu, tər salan və çox təsirli bəlğəmgətiricidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью