Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”

02.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya UEFA Millətlər Liqasının qrup mərhələsində Danimarka üzərində səfərdə qazanılan 4:2 hesablı qələbəni şərh edib.

Apasport.az xəbər verir ki, futbolçu baş məşqçi Jorje Jezuşun komandadakı işinin artıq meydanda göründüyünü bildirib.

“Baş məşqçinin işi artıq nəticə verməyə başlayıb. Bu, bu gün çox aydın görünürdü. Əla oyun keçirdik. Burada qalib gəlmək çox çətindir. Təkcə nəticəyə görə yox, oyun baxımından da indiyədək ən yaxşı matçımız oldu. Bu üç qarşılaşmada addım-addım inkişaf edirik”, – deyə Vitinya bildirib. 

Qeyd edək ki, Portuqaliya Millətlər Liqasında keçirdiyi 3 oyunun hamısında qalib gəlib. Danimarka ilə görüşdə qolları Joao Kanselo, Qonçalo Ramoş, Vitinya və Joao Feliks vurublar.

Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get" Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu Bundesliqada ayın oyunçusu müəyyənləşib - 4-cü dəfə Qana millisində ayrılıq - BAŞ MƏŞQÇİ İSTEFA VERDİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью