Vitinyadan Modriçə mesaj: “Ümid edirəm, onun üçün kədərli gün olacaq”

02.07.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinya DÇ-2026-nın 1/16 finalında Xorvatiyaya qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib.

Apasport.az xəbər verir ki, PSJ-nin futbolçusu rəqib komandanın kapitanı Luka Modriç barədə danışıb.

26 yaşlı oyunçu xorvatiyalı yarımmüdafiəçinin onun üçün örnək olduğunu bildirib. Bununla belə, Vitinya komanda hədəflərini şəxsi simpatiyadan üstün tutduğunu vurğulayıb:

“Modriç mənim üçün kumirdir. Ona qarşı oynamışam və formamı onunla dəyişmişəm. Amma ona bənzəyib-bənzəmədiyim barədə danışmağı sevmirəm. Ümid edirəm, sabah onun üçün daha kədərli gün olacaq”.

Qeyd edək ki, Vitinya DÇ-2026-da Portuqaliya millisinin bütün oyunlarında iştirak edib. Portuqaliya K qrupunu ikinci pillədə başa vurub və 1/16 finalda L qrupunun ikincisi Xorvatiya ilə qarşılaşacaq.

DÇ-26: ABŞ 1/8 finalda! - YENİLƏNİB DÇ-2026: Belçikadan inanılmaz geridönüş: 1/8 finala bilet - YENİLƏNİB DÇ-2026: İngiltərə 1/8 finalda! - YENİLƏNİB İnfantino Trampa DÇ-2026 biletləri hədiyyə edib Braziliya millisinə ciddi itki: Norveçlə oyunu buraxacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью