Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Televiziyasının 12ci Kanalı məlumat verib.
Onun saat yerli vaxtla 16:00-da İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşməsi gözlənilir. Baş nazirin Ofisi bu məlumatı "The Times of Israel" qəzetinə təsdiqləyib.
Vitkoffun həmçinin Mossad direktoru David Barnea, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və Müdafiə naziri İsrael Katz ilə görüşməsi gözlənilir.
Yüksək vəzifəli İsrail rəsmiləri ilə bütün görüşlərdən sonra Vitkoff Türkiyəyə uçacaq və orada İranla danışıqları regiondakı digər ölkələrin nümayəndələri ilə birlikdə aparılacağı bildirilib.
"Mignews"un daha əvvəl xəbər verib ki, altı ölkənin - Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, Misir, Oman və Birləşmiş Ərəb Əmirliklərinin - xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək İran-ABŞ danışıqlarına dəvət olunduğu açıqlanıb.
Mənbələr bildiriblər ki, görüşün prioriteti münaqişələrin qarşısının alınması və gərginliyin azaldılmasıdır.
Qadir, Bizimyol.info