Vitkoff Rusiyaya getdi: Putinə yeni təklif aparır

21.10.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiyanın Sankt-Peterburq şəhərinə gəlib.

Turkustan.az xəbər verir ki, Vitkoffun Ukraynadakı müharibəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi gözlənilir.

TASS-ın məlumatına görə, Vitkoff Norveçin paytaxtı Oslodan şəxsi təyyarə ilə Sankt-Peterburqdakı Pulkovo hava limanına gəlib. O, hava limanında Rusiyanın beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev tərəfindən qarşılanıb. Daha sonra onlar hava limanından birlikdə ayrılıblar.

Məlumata görə, Vitkoff Putinlə görüşdə Ukraynadakı müharibənin başa çatdırılması üçün yenilənmiş təklif təqdim edəcək.

Vitkoff ötən gün Osloda müharibənin dayandırılması yollarını müzakirə etmək məqsədilə danışıqlar aparıb. Görüşdə Norveçin Baş naziri Yonas Qar Store və Finlandiya Prezidenti Aleksandr Stubb da iştirak ediblər. ABŞ nümayəndəsinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşə Trampın kürəkəni Cared Kuşner onlayn formatda qoşulub.

Aytən Yaşar/Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью