Vitkoff: Tramp azad edilmiş girovlarla görüş zamanı göz yaşları tökdü

16.01.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Qəzzada HƏMAS əsirliyindən azad edilmiş girovlarla görüşündən təsirləndi.

Bizimyol.info xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi Stiv Vitkoff Floridada keçirilən İsrail-Amerika Şurasının konfransında bildirib.

O bildirib ki, azad edilmiş girovlar Ağ Evə çatanda Amerika lideri göz yaşları töküb. "Son 20 sağ qalan girovu və onların ailələrini azad etməyi bacaranda prezident məni kənara çəkdi. Mən göz yaşları gördüm. O, kiminsə göz yaşlarını görməsini xoşlamır", - deyə Vitkoff qeyd edib.

Diplomatın sözlərinə görə, Amerika lideri həmin anda ona Ağ Evdəki həyatının ən yaxşı günü olduğunu deyib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью