Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 21 noyabr, AZƏRTAC
ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Berlində Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, görüşdə ABŞ və İran arasında vasitəçilik səyləri və danışıqlardakı dalandan çıxış yolları müzakirə olunub.
“Axios”un mənbələrinin bildirdiyinə görə, diplomatik təmaslara baxmayaraq, danışıqlarda hələlik nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.
Bununla yanaşı, “CBS” telekanalı ABŞ və İsrailin İrana qarşı mümkün yeni hücum planları üzərində işlədiyini bildirib.