Vitkoff və Kuşner İranla danışıqlar aparmaq üçün Dohaya gedəcəklər

29.06.2026

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Dohaya uçacaqlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

Bundan əvvəl, iyunun 29-da ABŞ Prezidenti Donald Tramp Qətərin paytaxtında ABŞ-İran danışıqlarının iyunun 30-da keçiriləcəyini bəyan etmişdi. "İran bu həftə görüşmək istəyib, buna görə də xüsusi elçi Vitkoff və Cared Kuşner yüksək səviyyəli görüşlər keçirmək üçün Dohaya uçacaqlar", — deyə o, "Fox News" telekanalının efirində bildirib.

Livitt əlavə edib ki, Dohada həmçinin texniki danışıqlar da aparılacaq.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью