Vitkoff və Kuşner Moskvaya səfər edəcəklər

01.12.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna böhranının həlli ilə bağlı danışıqları davam etdirmək üçün dekabrın 1-də Moskvaya səfər edəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Wall Street Journal" (WSJ) məlumat yayıb.

ABŞ və Ukrayna nümayəndələri arasında məsləhətləşmələr 30 noyabrda Floridada keçirilib. Müzakirə münaqişəyə son qoymaq yolları, iqtisadi və təhlükəsizlik məsələlərinin uzunmüddətli həlli yolları, Ukraynada seçkilərin keçirilməsi perspektivləri və ərazi məsələsinə yönəlib.

Müzakirələr zamanı Kiyev üçün təhlükəsizlik zəmanətləri də qaldırılıb, lakin WSJ-nin qeyd etdiyi kimi, bu mövzu açıq qalıb.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью