Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 6 oktyabr, AZƏRTAC
Yaxın Şərqdəki müharibə səbəbindən Avropa ölkələrində neft ehtiyatları tükənir və qış fəsli yaxınlaşdıqca yanacaq bazarlarına təzyiq artır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu “Vitol Group”un baş icraçı direktoru Rassel Hardi deyib.
“Qərbdə istehlak ediləcək daha çox ehtiyat qalmayıb. Mövcud ehtiyatlar tükənib. Yanacaq bazarında sıxlıq isə yaxın aylarda da davam edəcək. Bu, qış aylarını keçənə qədər bir müddət davam edəcək”, - deyə o bildirib.
Hardi, həmçinin G7 ölkələrinin neft və dizel ehtiyatlarından 100 milyon barelin istifadə olunacağı ilə bağlı açıqlamasının detallarının tam şəffaf olmadığını bildirib.