Vitse kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq

25.08.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Almaniya yaxın illər ərzində Ukraynaya hər il 9 milyard avro təqdim edəcək.

Bunu Almaniyanın vitse-kansleri, maliyyə naziri Lars Klinqbeyl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib.

"Biz yaxın illərdə Ukraynaya dəstək verməyi, hər il 9 milyard avro xərcləməyi öhdəmizə götürürük, bu, hökumət tərəfindən razılaşdırılıb", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью