Vitse prezident istefa verdi Diplom qalmaqalı

12.11.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İndoneziyanın vitse-prezidenti Gibran Rakabuminq Raka diplomunun həqiqiliyi ətrafında yaranan qalmaqaldan sonra istefa ərizəsi təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə “Jakarta Globe” nəşri məlumat yayıb.

Məlumata görə, vitse-prezident müvafiq ərizəni İndoneziyanın ali qanunverici orqanı olan Xalq Məşvərət Konqresinin rəhbəri Əhməd Muzaniyə təqdim edib.

“Gibran müraciətinə dərhal baxılmasını xahiş edib. Konqres rəhbərliyi artıq bu gün onun istefası məsələsini müzakirə etmək üçün görüş keçirəcək”, – deyə Muzaninin sözlərini nəşr sitat gətirib.

39 yaşlı Gibran Rakabuminq Raka 2023-cü ildə orta təhsil haqqında sənədlərinin həqiqiliyi ilə bağlı yaranan qalmaqalın mərkəzində olub.

Həmin vaxt sosial şəbəkələrdə onun əslində orta təhsil müəssisəsini bitirmədiyi barədə iddialar geniş yayılıb. İddialara görə, orta təhsil haqqında qanuni diplomunun olmaması onun 2024-cü il prezident seçkilərində vitse-prezidentliyə namizəd kimi iştirakını da şübhə altına alırdı.

Sonradan keçmiş ədliyyə nazirinin müavininin rəhbərlik etdiyi bir qrup fəal ölkənin Ali Məhkəməsinə petisiya ilə müraciət edib. Onlar Gibranın seçkilərdə iştirakının etibarsız sayılmasını və vitse-prezident vəzifəsindən məhrum edilməsini tələb ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью