Vitse prezidentdən Özgür Özelin xunta rejimi sözlərinə sərt reaksiya: Xalqın seçdiyi şəxsə belə demək...

07.04.2025

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

CHP-nin dünən keçirilən 21-ci fövqəladə qurultayında yenidən partiya başqanı seçilən Özgür Özəlin Ərdoğanın lideri olduğu AK Partiya iqtidarını “xunta” adlandırmasına hökumət düşərgəsindən ard-arda sərt cavablar verilir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ədliyyə naziri Yılmaz Tuncun "Xalqın səsi ilə seçilən ilk Prezidentin "xunta prezidenti" adlandırılması millətimizin iradəsinə dözümsüzlüyün etirafıdır", - sözlərindən sonra vitse-prezident Cevdet Yılmaz da CHP liderini sərt üslubda qınayıb.

Onun sözlərinə görə, gərginlik yaratmaq, qütbləşmək, parçalamaq məqsədi daşıyan istənilən məsuliyyətsiz davranış yolverilməzdir: "Bunun ana müxalifət partiyasına, ölkəmizə, demokratiyamıza zərərindən başqa nəticəsi olmayacaq. Məsuliyyətsiz və aqressiv siyasət tərzi keçmişdə dəfələrlə olduğu kimi, yenə də xalqımızdan lazımi demokratik cavabını seçki qutusunda alacaq".

Vitse-prezidentin sosial mediada yazdığı açıqlamasını aşağıda olduğu kimi təqdim edirik: 

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью