Vitse spiker: Azərbaycanın siyasi dəstəyi Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir

25.09.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

Qaynarinfo APA-a istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyətinin sədri, vitse-spiker Nino Tsilosani “Rustavi 2” telekanalına açıqlamasında deyib.

O, hər iki ölkənin nəqliyyat-logistika əlaqlərini möhkəmləndirən güclü regional oyunçular qismində çıxış etdiyini, Orta Dəhliz layihəsinin qarşılıqlı əməkdaşlıq sayəsində reallaşdırıldığını bildirib.

Vitse-spiker Azərbaycanın Gürcüstana göstərdiyi siyasi dəstəyin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bu kontekstdə rəsmi Bakının Gürcüstanın işğal altında olan Tsxinvali bölgəsində bu yaxınlarda keçirilən “prezident seçkiləri”ni qınamasını yüksək qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью