Vitse spiker: Gürcüstan Azərbaycan Ermənistan tranzit əlaqələrinin qurulmasını alqışlayır

22.01.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycan və Ermənistan arasında tranzit əlaqələrinin qurulması yalnız alqışlana bilər.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Giorgi Kaxiani “İmedi” telekanalının efirində deyib.

O qeyd edib ki, bir neçə illər öncə Azərbaycanla Ermənistan müharibə vəziyyətində olub və münaqişə regionda ağır nəticələr yaradıb:

“Sülhün bərqərar olması ilə bölgənin beynəlxalq investisiyalar üçün cəlbediciliyi daha da artacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью