Vitsespiker: Azərbaycana kino avadanlıqlarının gətirilməsinə güzəştlər edilməsi yaxşı olardı

20.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycana kino avadanlıqlarının gətirilməsinə güzəştlər edilməsi yaxşı olardı.

“Report” xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Rafael Hüseynov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, kino sahəsinə vəsait ayrıla bilər: "Amma nəticəsi olacaqmı? Kinematoqrafiya haqqında qanunla bağlı illərdir iş aparılır. Qanunda kino avadanlıqlarının gətirilməsinə və s. güzəştlər müzakirə olunurdu. Hesab edirəm ki, bu məsələlər nəzərə alınsa, kino çəkilişi üçün bir növ nəfəslik olar”.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью