VitseSpikerin köməkçisi hakim təyin edildi

19.11.2024

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Müslümov Bəhruz Firizman oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

Milli.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilən Müslümov Bəhruz Firizman oğlu Milli Məclisin sədrinin müavinin köməkçisi olub.

Qeyd edək ki, hüquqşünaslıq üzrə təhsil alan Müslümov Bəhruz Firizman oğlu 1991-ci il təvəllüddür.

İnqilab Məmmədov
Milli.Az
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью