Vivek Ramasvami istefasının səbəbini açıqladı Seçkilərdə iştirak edəcək KONKRET

28.01.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Amerikalı sahibkar Vivek Ramasvami Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verməsinin səbəblərini  açıqlayıb: 

KONKRET.az xəbər verir ki, o, bunu “Fox News” telekanalına müsahibəsində deyib: “Mən tezliklə seçkili vəzifə uğrunda yarışda iştirak edəcəm. Bunu tezliklə elan edəcəyik”.  Ramasvami Maskla fikir ayrılığına dair daha əvvəl yayılan xəbərləri təkzib edib: “Məncə bunu söyləmək düzgün deyil. Amma deyim ki, bizim fərqli yanaşmalarımız olub”. İş adamı bildirib ki,  onun yeni departamentin işinə yanaşması konstitusiya hüququna əsaslanır. Mask üçün isə texnologiyanın inkişafı prioritet olaraq qalır.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью