Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Viza müraciətləri ilə bağlı görüş vaxtlarının əldə edilməsi bəzən uzun gözləmə və məhdud sayda boş tarixlərlə müşayiət olunur. Bu səbəbdən əvvəlcədən görüş götürən, lakin sonradan müraciət etməsinə ehtiyac qalmayan şəxslərin həmin görüşdən necə istifadə edə biləcəyi də sual doğurur.
Hər hansı ölkə vizası üçün əvvəlcədən götürülmüş görüş vaxtını başqa şəxsə vermək və ya ödəniş qarşılığında satmaq mümkündürmü?
Demokrat.az-a bu barədə açıqlama verən turizm eksperti Ceyhun Aşurov deyib ki, viza görüşləri üçün vaxtlar səfirlik tərəfindən təyin olunur:
“Bəzi səfirliklərdə görüşlərin təyin edilməsi onlayn formada həyata keçirilir. Orada boş vaxtları müəyyən edib əldə etmək lazımdır. Xüsusilə mövsümün pik dövrlərində belə görüşlərə boş vaxt tapmaq bəzən çox çətin olur. Hətta bəzi hallarda görüşlər bir-iki ay əvvəldən təyin edilir. Lakin vaxt yaxınlaşdıqda şəxsi səbəblərdən və ya hər hansı plan dəyişikliyi ilə əlaqədar həmin görüşə ehtiyac qalmaya bilər. Belə halda yaxşı olar ki, şəxs bu barədə səfirliyə məlumat versin və görüşə ehtiyacının olmadığını bildirsin. Çünki həmin vaxt boşaldılaraq səfirlik tərəfindən başqa ehtiyacı olan şəxslərə təqdim edilə və vaxtdan daha səmərəli istifadə oluna bilər”.
Ekspert bəzi hallarda xüsusi və təcili vəziyyətlər zamanı, məsələn, sağlamlıq və ya təhsillə əlaqədar vizanın daha qısa müddətdə alınmasına ehtiyac yarandıqda, səfirliyə xüsusi məktubla müraciət etməyin mümkün olduğunu söyləyib:
“Səfirlik də mövcud boş vaxtlardan istifadə etməklə belə şəxslərə kömək etməyə çalışa bilər. Lakin təyin olunmuş görüş vaxtının hər hansı formada başqa şəxsə satılması və ya tanışa ötürülməsi mümkün deyil. Görüş vaxtını yalnız səfirlik müəyyən edir. Hər zaman daha etik və doğru olan yanaşma budur ki, görüş təyin olunduqdan sonra ona ehtiyac qalmadıqda şəxs mütləq səfirliyə bu barədə məlumat versin, məktub yazsın. Beləliklə, həmin vaxtdan daha səmərəli istifadə oluna və görüş başqa bir ehtiyacı olan şəxs üçün faydalı ola bilər”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Hər hansı ölkə vizası üçün əvvəlcədən götürülmüş görüş vaxtını başqa şəxsə vermək və ya ödəniş qarşılığında satmaq mümkündürmü?