Viza olmayanlar Həcc ziyarətinə gedə BİLMƏYƏCƏK

23.04.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Diyanət İşləri Başqanlığının Həcc və Ümrə Xidmətləri Ümumi Müdirliyinin rəhbəri Remzi Bircan bildirib ki, Səudiyyə Ərəbistanı rəsmiləri Həcc vizası olmayan şəxslərin Həccə getməsinə icazə verməyəcək.

Redaktor.az xəbər verir ki, Bircan, 2025-ci il Həcc təşkilatı çərçivəsində işlərin ötən ilin avqust ayından etibarən başladığını qeyd edib. Onun sözlərinə görə, bu il ilk dəfə Həccə müraciət edənlərin qeydiyyatı aparılıb və püşkatma sistemi ilə ziyarətə gedəcək zəvvarlar müəyyən olunub.

Hacı namizədlərə bələdçilik edəcək qrup rəhbərlərinin də təyin edildiyini bildirən Bircan, hazırlıqların böyük ölçüdə tamamlandığını vurğulayıb.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью