Vizaya görə evləndim FOTO

22.06.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Məşhur türk sənətçi Candan Erçetin Ahmet Mümtaz Taylanın “Empati” proqramına qonaq olaraq şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. 
Demokrat.az
xəbər verir ki, Vyanada magistratura təhsili aldığı dövrdə tanış olduğu avstriyalı arxeoloq Andreas ilə 9 ay evli olduğunu bildirən Erçetin bu evliliyin səbəbini də açıqlayıb.
"Evlilik səbəbimiz onun viza icazəsi idi. Türkiyəyə gələndə burada bir müddət qala bilməsi lazım idi. Avstriyadan gəlib Türkiyədə evləndik. Sonra doktoranturasını tamamlaya bilmədi və ölkədən ayrıldı. Ona "sənin yanına gələrəm" kimi bir şey demədim, mövqeyim çox aydın idi", deyə o bildirib.
Sənətçi sevgi barədə isə fərqli bir yanaşma sərgiləyib: "Sevgi bütün kimyanın dəyişdiyi, bir az şizofrenik bir vəziyyətdir. Möhtəşəm bir hissdir. Heyvanda da, təbiətdə də, gözəl bir gündə də sevgini hiss edə bilirəm",
Sənətçi uzun illərdir birlikdə olduğu Hakan Karahanla tanışlığını isə belə xatırlayıb: "Televiziya proqramı apararkən aikido dərsi çəkilişinə getdim. Orada tanış olduq. Sonra mahnı oxuduğum yerə gəldi. Bir-birimizə çox zəhmət vermişik".

Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью