Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan başqa ölkələrə humanitar və inkişaf yardımı göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva yanvarın 31-də BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.
“Azərbaycanın beynəlxalq münasibətlərə çoxtərəfli yanaşmaya sadiqliyini qeyd edərdim. Yuxarı orta gəlirli ölkə kimi Azərbaycan digər ölkələrə, o cümlədən BMT sistemi vasitəsilə daha çox humanitar və inkişaf yardımı edir”, - deyə V.Andreeva diqqətə çatdırıb.