Vladanka Andreeva: Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd“ layihələri təqdirəlayiqdir

31.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd" layihələri təqdirəlayiqdir.

Bunu Cəbrayılda səfərdə olan BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva APA-ya bildirib.

O qeyd edib ki, Azərbaycan Hökumətinin “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasını inkişaf etdirmək istiqamətində gördüyü işlər təqdirəlayiqdir: “Hökumətin bu konsepsiyası inkişaf etdirmək üçün göstərdiyi səyləri görmək həqiqətən çox xoşdur. Xüsusilə evlərdə günəş enerjisindən istifadənin tətbiqini görmək məni heyran etdi. Evlərin hamısında günəş panelləri var”.

BMT rəsmisi vurğulayıb ki, son dörd ildə minalardan təmizləmə, tikinti işləri, bina və yolların çəkilməsi kimi sahələrdə həyata keçirilən investisiyalar insanların doğma yurdlarına qayıdışını təmin edən əsas mərhələyə çevrilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью