“Vladimir, dayan!” Tramp Kiyevə zərbələri pislədi

24.04.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya son raket və PUA hücumu zamanı insanların həlak olmasına münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, Tramp özünün “Truth Social” sosial şəbəkəsində belə hücumların lüzumsuz olduğunu qeyd edib və “Vladimiri” dayanmağa, müharibəni bitirmək üçün müqavilə bağlamağa çağırıb.

"Rusiyanın Kiyevə endirdiyi zərbələrdən razı deyiləm. Onlar lazımsız və çox vaxtsız idi. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!" - Deyə, Tramp bildirib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью