Vladimir Putin Azərbaycanda çalışmış baş məşqçiyə zəng edib

26.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin "Krasnodar"ın baş məşqçisi Murad Musayevə zəng edərək onu Rusiya Premyer Liqasındakı qələbə münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Kremlin.News" teleqram kanalında məlumat verilib.

"Buğalar" tarixində ilk dəfə Rusiya çempionu olublar. "Krasnodar" 67 xalla birinci yeri tutub. "Zenit" ikinci (66), ÇSKA isə üçüncü (59) olub.

Qeyd edək ki, Murad Musayev Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanışdır. O, 2021-2024-cü illərdə "Sabah"da çalışıb. "Bayquşlar" tarixinin ən yaxşı nəticəsi olan Azərbaycan Premyer Liqasının gümüş medalını məhz onun rəhbərliyi altında qazanıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью