Vladimir Putin komanda məntəqəsinə baş çəkdi

21.11.2025

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak edən hərbi hissəyə məxsus komanda məntəqəsinə baş çəkib.

Turkustan.az xəbər verir ki, Putin bəyan edib ki, Ukraynaya qarşı əməliyyat öz məqsədlərinə çatmalıdır.
Tədbirdə çıxış edən Putin, “Keçən ilin martından Ukraynanın siyasi rəhbərliyi hakimiyyəti qəsb etmiş və bu hakimiyyəti Rusiya ilə müharibəni davam etdirmək bəhanəsi ilə şəxsi varlanmaq üçün əlində saxlayan mütəşəkkil cinayətkar qruplaşmaya çevrilib” deyib.
Putin bəyan edib ki, “Xüsusi Hərbi Əməliyyatlar”ın məqsədlərinə nail olmaq lazımdır. Rusiya prezidenti deyib: "Bizim öz vəzifələrimiz və məqsədlərimiz var. Birincisi, Xüsusi Hərbi Əməliyyatların məqsədlərinə qeyd-şərtsiz nail olmaqdır".

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью