Vladimir Putin: “Rusiyanı “qırmızı xətt”ə | Icma.az
Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün ölkənin Müdafiə nazirliyinin kollegiya yığıncağındakı çıxışında Qərbin Rusiyanı “qırmızı xəttə” sürüklədiyini, Moskvanın cavabından sonra isə “o vaxtlar Sovet, indi də Rusiya təhlükəsi ilə” öz əhalisini qorxutduğunu iddia edib.
Rusiyanın lideri Birləşmiş Ştatların dünya birliyinə daim özlərinə uyğun gələn qaydalar tətbiq etməkdə günahlandırıb.
“ABŞ üçün yalnız bir sabit qayda var: bunu edənlər üçün qaydalar yoxdur.
Arzuolunmaz dövlətlərə qarşı hibrid müharibələr, qarşısıalınma siyasəti aparılır”, - Putin vurğulayıb.
Avropadakı Amerika hərbçilərinin sayının 100 min nəfəri keçdiyini diqqətə çatdıran Putin, NATO ölkələrinin də hərbi xərcləri artırdığını və sərhədləri yaxınlığında zərbə qüvvələri qrupları yaratdığını bildirib.
- ABŞ-nin təhriki ilə onilliklər ərzində formalaşmış təhlükəsizlik arxitekturasını sarsıdan yeni hərbi-siyasi ittifaqlar yaradılır.
ABŞ belə sistemləri yerləşdirməyə başlayarsa, Rusiya orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı könüllü məhdudiyyətləri aradan qaldıracaq”, - Rusiya prezidenti kollektiv Qərbə xəbərdarlıq edib.
Tam oxu
Xəbəri oxu