“Vladimir Putinlə ilin yekunları”... Birbaşa xətt və mətbuat konfransı olacaq | Icma.az
Icma.az, Azpost saytına istinadən bildirir. Rusiya prezidenti Vladimir Putinlə birbaşa xətt dekabrın 19-da baş tutacaq.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu, bir neçə Qərb mediasının nümayəndələrinin dəvət ediləcəyi mətbuat konfransı ilə birləşdiriləcək.
“Dekabrın 19-da baş tutacaq. Bu, birləşmiş format olacaq”, – Peskov qeyd edib.
O əlavə edib ki, bu il birbaşa xətt və mətbuat konfransı “Vladimir Putinlə ilin yekunları” adı altında keçiriləcək.
Vətəndaşlardan gələn sualların toplanması dekabrın 7-dən 8-nə keçən gecə baş tutacaq.
Azpost.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu