Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı VİDEO

18.10.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqazın mərkəzində şəxslər arasında münaqişə baş verib. 
Bizim.Media xəbər verir ki, Mash Gor və Shot Telegram kanallarının yaydığı məlumata görə, insident zamanı silahdan istifadə olunub.
 

İlkin məlumatlara görə, baş verən atışma və dava nəticəsində məşhur qarışıq döyüş sənəti (MMA) döyüşçüsü İbrahim "Nikaxo" İslamsel yaralanıb. O, ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.


Hadisə zamanı üç nəfərin iştirak etdiyi bildirilir. Hüquq-mühafizə orqanları bütün iştirakçıların şəxsiyyətini müəyyənləşdirib. Zorakılıqda şübhəli bilinən 27 yaşlı bir nəfər saxlanılıb, hadisənin səbəbləri araşdırılır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью