Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Nə? Harada? Nə vaxt?" və "Svoya İqra" klubunun tanınmış üzvü Vladislav Bıkov vəfat edib.
BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, o 72 yaşında dünyasını dəyişib.
Onun ölüm xəbərini həyat yoldaşı Olqa Derkaç özünün feysbuk səhifəsində yayıb.
Qeyd edək ki, Vladislav Bıkov 1954-cü ildə Sverdlovsk vilayətində doğulub.
O 1994-cü ildən 1997-ci ilə qədər "Nə? Harada? Nə vaxt?" yarışmasında iştirak edib, o cümlədən ekspert Andrey Kozlovla birlikdə komandada çıxış edib.