Vlahoviç bu qış İngiltərə nəhənginə keçə bilər

14.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Yuventus"un hücumçusu Duşan Vlahoviç qış transfer pəncərəsində İngiltərə nəhənginə keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Ekrem Konur yayıb.

Xəbərə görə, serbiyalı forvardın xidmətində London "Arsenal"ı maraqlıdır. Mənbə Vlahoviçin heyətə qatılmasını "topçular"ın baş məşqçisi Mikel Artetanın şəxsən istədiyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 18 matça çıxan Vlahoviç 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Turin  klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью