Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə premyer-liqasında davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, “Arsenal” serbiyalı forvardın vəziyyətini yaxından izləyən klublardan biridi. London təmsilçisi 26 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir. Vlahoviçin “Yuventus”la müqavilə müddəti iyulun 1-də bitir. Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticə verməyib. Vlahoviçin “Yuventus”un illik beş milyon funtluq təklifini qəbul etmədiyi, daha yüksək maaş istədiyi bildirilir. Bu səbəbdən onun yayda Turin klubundan pulsuz ayrılması ehtimalı artır.
Serbiyalı hücumçu cari mövsümdə çempionatda 17 oyunda beş qol vurub.