Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Serbiyalı hücumçu Duşan Vlahoviç "Beşiktaş"a keçməyə yaxındır.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikola Şkira məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər 2029-cu ilin iyununa qədər olan müqavilə üzrə demək olar ki, razılığa gəliblər. Vlahoviçin maaşı bonuslar xaric olmaqla ildə 8 milyon avro olacaq.
"Beşiktaş"ın baş məşqçisi Vinçenzo İtalyano danışıqlarda əsas rol oynayır. Türkiyə klubu müqaviləni tamamlaya biləcəyinə əmindir.
Qeyd edək ki, Vlahoviç daha əvvəl Səudiyyə Ərəbistanından bir klubun təklifini rədd etmişdi.
2025/2026 mövsümündə Vlahoviç bütün yarışlarda 23 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-a görə, hücumçunun bazar dəyəri 35 milyon avrodur.